...

"Nabukko", ITGI və TAP Azərbaycana yekun təklif təqdim ediblər

Energetika Materials 3 Oktyabr 2011 13:35 (UTC +04:00)
"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində Azərbaycan qazının Avropaya nəqlinə istiqamətlənmiş hər üç boru kəməri layihəsi Azərbaycan tərəfinə yekun təklif təqdim edib.
"Nabukko", ITGI və TAP Azərbaycana yekun təklif təqdim ediblər

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.İsmayılov/

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsinin ikinci fazası çərçivəsində Azərbaycan qazının Avropaya nəqlinə istiqamətlənmiş hər üç boru kəməri layihəsi Azərbaycan tərəfinə yekun təklif təqdim edib. Bu barədə Trend-ə bazar ertəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

"Nabukko", ITGI və TAP boru kəməri layihələri təkliflərini yatağın işlənməsi ilə məşğul olan konsorsiuma təqdim ediblər.

Azərbaycan tərəfi seçiləcək layihə vasitəsilə "Şahdəniz"in ikinci fazası çərçivəsində Avropaya ildə 10 milyard kubmetr qaz tədarük etmək niyyətindədir.

Məlumata əsasən, konsorsium təqdim edilmiş təkliflərə daha əvvəl elan edilmiş bir sıra meyarlara uyğun şəkildə baxacaq. Onlara kommersiya cəlbediciliyi, texniki və maliyyə nöqteyi-nəzərindən layihənin həyata keçirilməsi imkanları, mühəndis-layihələndirmə işləri, səmərəli istismar, fəaliyyətin əlaqələndirilməsi və şəffaflıq, mərhələli genişləndirmə imkanları və digərləri daxildir.

"Şahdəniz" yatağı üzrə müqavilə 1996-cı il iyunun 4-də imzalanıb. Müqavilə iştirakçıları bunlardır: BP (operator) - 25,5%, "Statoil" - 25,5%, NICO - 10%, "Total" - 10%, "LUKoil" - 10%, TPAO - 9%, ARDNŞ - 10%.

Hazırda Gürcüstana və Türkiyəyə qaz Cənubi Qafqaz qaz kəməri ilə nəql olunur.

Yatağın işlənməsinin birinci mərhələsi çərçivəsində hasilatın ən yüksək həddi 9 milyard kubmetr qaz və 50 min barel kondensat səviyyəsində proqnozlaşdırılır. Proqnozlara görə, yatağın işlənməsinin ikinci mərhələsi çərçivəsində qaz hasilatı həcmini ildə daha 24 milyard kubmetrədək çatdırmaq mümkün olacaq. "Şahdəniz" yatağının ehtiyatları 1,2 trilyon kubmetr qiymətləndirilir.

Enerji tədarükünün mənbə və marştutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti