...

ARDNŞ Gürcüstanda daha iki yanacaqdoldurma məntəqəsini istifadəyə verib

Energetika Materials 3 Oktyabr 2011 20:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin Gürcüstanda "SOCAR" brendi ilə fəaliyyət göstərən daha 2 yeni yanacaqdoldurma məntəqəsinin açılışı olub.

Trend-in bazar ertəsi ARDNŞ-yə istinadən verdiyi məlumata görə, "SOCAR Georgia Petroleum" MMC tərəfindən inşa edilmiş yeni YDM-lərdən biri Marneuli rayonunun Sadaxlı kəndində, digəri isə paxtaxt Tbilisinin Qldani yaşayış massivində istifadəyə verilib.

Bununla da Gürcüstan ərazisində əhaliyə yüksək keyfiyyətlə xidmət göstərən "SOCAR" yanacaqdoldurma məntəqələrinin sayı 76-ya çatıb.

Xəbər lenti

Xəbər lenti