...

ARDNŞ yeni müəssisəsini qeydiyyatdan keçirib

Energetika Materials 5 Oktyabr 2011 15:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Karbamid" zavodu dövlət qeydiyyatından keçib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ölkənin Vergilər Nazirliyinin rəsmi saytındakı "bir pəncərə" bölməsində deyilir.

Məlumatda bildirilir ki, zavodun hüquqi təmsilçisi Xəyal Cəfərovdur. Yeni müəssisənin təsisçisi qismində ARDNŞ çıxış edir.

Zavodun nizamnamə kapitalı 40 milyon manat təşkil edir.

Müəssisə dövlət qeydiyyatından sentyabrın 20-də keçib.

Ölkə rəhbərliyinin tapşırığı ilə ARDNŞ layihə gücü sutkada 2 min ton olan karbamid istehsalı üzrə gübrə istehsalı zavodunu tikməyi və istismara verməyi planlaşdırır.

Karbamidin potensial satış bazarı kimi Asiya ölkələri və Türkiyə nəzərdə tutulur.

Zavod Sumqayıtdakı "Azərikimya" İstehsalat Birliyinin ərazisində tikiləcək.

Karbamid ekoloji təmiz və azot gübrələrinin ən geniş yayılmış növüdür. O, istismar baxımından təhlükəsizdir və sağlamlıq üçün təhlükə törətmir.

Xəbər lenti

Xəbər lenti