...

Türkiyə Qara dənizdə qazma işlərini davam etdirəcək

Energetika Materials 6 Oktyabr 2011 16:15 (UTC +04:00)
Türkiyənin neft-qaz şirkəti Qara dənizdəki "Sürmene-1" quyusunda qazma işlərini davam etdirməyi qərara alıb.
Türkiyə Qara dənizdə qazma işlərini davam etdirəcək

Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İlkin qazmalar nəticəsində quyuda neft ehtiyatlarının aşkar edilməsi ilə əlaqədar olaraq, Türkiyənin neft-qaz şirkəti Qara dənizdəki "Sürmene-1" quyusunda qazma işlərini davam etdirməyi qərara alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Zaman" qəzeti yazır.

Məlumata əsasən, ilk mərhələdə quyunun 4800 metr dərinliyədək qazılması planlaşdırılır. Tədricən qazma işləri daha da dərinlikdə aparılacaq.

"Sürmene-1" quyusunda qazma işlərini ABŞ-ın "Exxon Mobil" şirkəti aparacaq.

Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyi tapıntını "son dərəcə mühüm hadisə" kimi qiymətləndirib.

Türkiyə xaricdən neft məhsullarının tədarükündən asılılığı zəiflətmək məqsədilə neft yataqlarının axtarışı üzrə aktiv iş aparır. Türkiyə hökuməti 2023-cü ilə - Türkiyə Respublikasının 100 illiyinə qədər ölkənin neftə olan tələbatını təmin etməyi qarşısına məqsəd qoyub. Bi müddət əvvəl böyük ümidlər bəslənilən Sinop rayonunda aparılan kəşfiyyat işləri nəticə verməyib.

Nikosiyanın yunan və türk tərəflərə ayrılmış adanın sahillərindəki şelfin işlənməsi üzrə fəaliyyətə başlamasından sonra Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bəyanat verib ki, Ankara ŞKTR ilə birlikdə bir həftə ərzində Şimali Kiprin "müstəsna iqtisadi zonasında" neft və qaz kəşfiyyatına başlayacaq.

Türkiyə hökuməti və ŞKTR prezidenti Dərviş Eroğlu Nyu Yorkda neft və qaz kəşfiyyatı və hasilatı işləri aparmaq üçün şelfin sərhədi haqqında saziş imzalayıblar. İmzalama mərasimindən sonra Ərdoğan Kipr Respublikası (yunan tərəfi) ilə şelfin işlənməsində əməkdaşlıq edən şirkətlərə qarşı sanksiya tətbiq olunacağı barədə xəbərdarlıq edib.

Xəbər lenti

Xəbər lenti