...

Qırğızıstan Azərbaycandan yanacaq-sürtkü materialları almağa hazırdır

Energetika Materials 12 Oktyabr 2011 10:57 (UTC +04:00)
Qırğızıstan Azərbaycandan yanacaq-sürtkü materiallarını (YSM) idxal etməyə hazırdır. Bu barədə çərşənbə axşamı Trend-ə telefonla Qırğızıstan Neft Ticarətçiləri Assosiasiyasının prezidenti Jumakadır Akeneyev bildirib.
Qırğızıstan Azərbaycandan yanacaq-sürtkü materialları almağa hazırdır

Azərbaycan, Bakı, 11 oktyabr /Trend, müxbir V.Javoronkova/

Qırğızıstan Azərbaycandan yanacaq-sürtkü materiallarını (YSM) idxal etməyə hazırdır. Bu barədə çərşənbə axşamı Trend-ə telefonla Qırğızıstan Neft Ticarətçiləri Assosiasiyasının prezidenti Jumakadır Akeneyev bildirib.

"Bizim neft ticarətçiləri Azərbaycan bazarına çıxmağa hazırdırlar", - Akeneyev deyib.

Onun sözlərinə görə, hazırda Azərbaycandan YSM-lərin tədarükü məsələsi Qırğızıstan hökuməti səviyyəsində müzakirə olunur və əgər hökumət bu qərarı bəyənərsə, "Azərbaycana danışıqların aparılması üçün nümayəndə heyəti göndəriləcək"

Neft Ticarətçiləri Assosiasiyası prezidentinin fikrincə, tərəflər ya birgə müəssisə yarada biləcək, ya da YSM-lərin Qırğızıstana birbaşa tədarükündə razılığa gələ biləcəklər.

"Biz neft istehsalçıları ilə əlaqəyə girmişik, qiymətləri bilirik, daşınma xərclərini hesablamışıq. Azərbaycandan 300 min ton YSM-in Qırğızıstan bazarına tədarük ehtimalı çox böyükdür", - Akeneyev bildirib.

Onun sözlərinə görə, Qırğızıstanın Rusiya ilə müqaviləsi olsa da, ölkə "YSM-in alındığı mənbələri şaxələndirmək" istərdi.

Akeneyevin sözlərinə görə, əvvəllər Azərbaycandan YSM-lərin alınması məsələsi Azərbaycan və Qazaxıstanın prezidentləri İlham Əliyev və Roza Otunbayevanın İstanbuldakı görüşündə, sonra isə Qırğızıstan parlamentinin spikeri Axmatbek Keldibekovun Bakıya səfəri zamanı müzakirə edilib.

Hazırda Qırğızıstan Neft Ticarətçiləri Assosiasiyasının məlumatına görə, respublikada YSM-lərlə bağlı vəziyyət az və ya çox stabildir: ölkə Rusiyadan gömrük rüsumları olmadan YSM-ləri idxal edir.

Akeneyev 2012-ci ildə ölkənin YSM-lərə olan tələbatını bir milyon ton miqdarında qiymətləndirib.

Xəbər lenti

Xəbər lenti