...

Azərbaycan neftinin qiymətləri oktyabrın 11-də artıb

Energetika Materials 12 Oktyabr 2011 16:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend, müxbir E.İsmayılov/

CIF İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 113,2 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) çərşənbə günü verilən məlumata görə, çərşənbə axşamı neftin qiymətləri bazar ertəsinə nisbətən 0,41 dollar/barel artıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 11-də 111,77 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,23 dollar/barel çoxdur.

Azərbaycan neftin URALS növünü də Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti oktyabrın 11-də 106,8 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,07 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 11-də 110,21 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,66 dollar/barel çoxdur.

Xəbər lenti

Xəbər lenti