Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir E.İsmayılov/
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şirkəti Xəzərin Azərbaycan sektorunda, "Darvin Bankası" dəniz yatağında yeni platforma quraşdırıb. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-dən bildirilib.
Məlumata görə, platforma suyun 20 metr dərinliyində quraşdırılıb və 12 quyunun qazılmasına hesablanıb. Yeni platforma yaşayış bloku, qazma avadanlığı, quyuların inkişafı üçün texnoloji qurğular və digər lazımi avadanlıqlarla təchiz olunub. Platforma Heydər Əliyev adına Dərin Özüllər zavodunda inşa edilib.
"Yaxın günlərdə platformadan ilk quyu qazılmasına başlanması planlaşdırılır", - məlumatda deyilir.
"Darvin Bankası" ARDNŞ-nin özünün işlədiyi yataqlardan biridir.
ARDNŞ Xəzərin Azərbaycan sektorunda yeni platfoma quraşdırıb