Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbir E.İsmayılov/
CIF İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 114,37 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə verilən məlumata görə, cümə günü neftin qiyməti cümə axşamına nisbətən 2,45 dollar/barel artıb.
"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır.
ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti oktyabrın 21-də 113,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 2,51 dollar/barel çoxdur.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti oktyabrın 21-də 111,66 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 2,49 dollar/barel çoxdur.