...

Azərbaycan dizel yanacağı və benzin istehsalını artıracaq

Energetika Materials 24 Oktyabr 2011 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 oktyabr /Trend, müxbir E.İsmayılov/

Proqnozlara görə, 2015-ci ildə Azərbaycanda neft məhsullarının istehsal həcmi builki 5,76 milyon tona nisbətdə 6,15 milyon tondan çox olacaq. Trend-in məlumatına görə, bu barədə baxılmaq üçün Milli Məclisə təqdim olunmuş 2012-ci və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsində deyilir.

Ötən il ölkədə 5,7 milyon tondan çox neft məhsulu istehsal olunub.

2015-ci ildə Azərbaycanın neft emalı zavodlarında istehsal olunacaq neft məhsullarının ümumi həcmindən 2,3 milyon ton dizel yanacağının, 1,5 milyon tona yaxın benzinin, 715 min ton reaktiv mühərriklər üçün yanacağın, yerdə qalan hissə isə neft məhsullarının digər növlərinin payına düşür.

2011-ci ildə istehsal olunan neft məhsullarının ümumi həcmindən 2,17 milyon tondan çox dizel yanacağının, 1,4 milyon tona yaxın isə benzinin payına düşür.

Dövlət büdcəsi layihəsində deyilir li, gələn il Azərbaycanda neft məhsullarının istehsal həcminin 2013-cü ildəki 6,16 milyon tona yaxın və 2014-cü ildəki 6,18 milyon tona nisbətdə 5,98 milyon tona yaxın səviyyədə olacağı gözlənilir.

Azərbaycanda illik gücü 20 milyon ton olan iki NEZ var. Hər iki NEZ öz vəsaiti hesabına dənizdə və quruda 7 milyon tona yaxın neft hasil edən ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) tərkibinə daxildir.

Xəbər lenti

Xəbər lenti