...

ARDNŞ Ukraynada yeni YDM istismara verib (FOTO)

Energetika Materials 29 Oktyabr 2011 15:20 (UTC +04:00)
Ukraynada ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı çərçivəsində bu gün Lvov regionunda yeni yanacaqdoldurma kompleksi istismara verib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin şənbə günü yaydığı məlumatda deyilir
ARDNŞ Ukraynada yeni YDM istismara verib (FOTO)

Azərbaycan, Bakı, 29 oktyabr / Trend müxbir E.İsmayılov/

Ukraynada ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) yanacaqdoldurma məntəqələri şəbəkəsinin inkişafı çərçivəsində bu gün Lvov regionunda yeni yanacaqdoldurma kompleksi istismara verib. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin şənbə günü yaydığı məlumatda deyilir.

Yeni yanacaqdoldurma kompleksinin açılış mərasimində ARDNŞ-in prezidenti Rövnəq Abdullayev, şirkət rəhbərliyinin nümayəndələri, eləcə də ARDNŞ-nin Ukraynadakı nümayəndəliyinin rəhbəri Elçin Məmmədov iştirak edib.

İlin sonunadək ARDNŞ Ukraynadakı YDM-nin sayını 40 ədədə çatdırmağı planlaşdırır. Hazırda onların sayı 15 ədəd təşkil edir.

Xəbər lenti

Xəbər lenti