Azərbaycan, Bakı, 17 noyabr /Trend, müxbir A.Tağıyeva/
Azərbaycan və Türkiyə Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərindək uzanacaq yeniq qaz kəmərinin tikintisi imkanlarının öyrənilməsi üzrə işlərə başlayıblar. Trend-in məlumatına görə, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib. Məlumatı "Anadolu" agentliyi yayıb.
Abdullayevin sözlərinə görə, yeni qaz kəməri "Trans Anadolu" adlandırılacaq.
ARDNŞ prezidenti Rövnəq Abdullayev oktyabrın 27-də bildirib ki, Azərbaycanın 2025-ci ilədək hasil etməyi planlaşdırdığı 50 milyard kubmetr qazın böyük hissəsini ixrac etmək üçün Bakı və Ankara Türkiyə ərazisində yeni qaz kəməri tikməyə hazırlaşırlar.
Bu layihənin iştirakçıları bu boru kəməri layihəsi ilə bağlı bütün məsələləri 2012-ci il ərzində həll etmək və vaxt itirmədən inşaat işlərinə başlamaq istəyirlər ki, 2017-ci ilin sonlarında - "Şahdəniz" layihəsinin 2-ci mərhələsi üzrə istismar başlayanda kəmər artıq hazır olsun.