...

Azərbaycan neftinin qiymətləri: 14-18 noyabr həftəsinin yekunları

Energetika Materials 21 Noyabr 2011 15:55 (UTC +04:00)
14-18 noyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115 dollar/barel olub.
Azərbaycan neftinin qiymətləri: 14-18 noyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 21 noyabr /Trend, müxbir E.İsmayılov/

14-18 noyabr həftəsində İtaliyanın Augusta limanından CIF şərtləri ilə Azərbaycanın Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 115 dollar/barel olub. Trend-in məlumatına görə, bu, ötən həftənin orta qiymətindən təxminən 3,2 dollar azdır.

14-18 noyabr həftəsində AZERI LT-nin maksimum qiyməti 116,54, minimum isə 112,4 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

14-18 noyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti təqribən 109,73 dollar/barelə yaxın təşkil edib. Bu, ötən həftənin orta qiymətindən 3,36 dollar/barel azdır.

14-18 noyabr həftəsində URALS-ın maksimum qiyməti 111,32 dollar/barel, minimum isə 107,15 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

14-18 noyabr həftəsində "Brent Dated" növünün orta qiyməti təqribən 110,81 dollar/barel olub. Bu, ötən həftənin orta qiymətindən 4 dollar azdur.

14-18 noyabr həftəsində "Brent Dated"in maksimum qiyməti 112,76, minimum isə 107,79 dollar/barel olub.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti