...

Azərbaycan İsveçə öz enerji imkanlarını təqdim edib

Energetika Materials 23 Noyabr 2011 18:19 (UTC +04:00)
Azərbaycan Sənaye və Energetika Nazirliyi İsveç XİN-in dövlət katibi Frank Belfraqın rəhbərlik etdiyi nümayəndə heyətinə ölkənin enerji sahəsindəki nailiyyətlərini təqdim edib.
Azərbaycan İsveçə öz enerji imkanlarını təqdim edib

Azərbaycan, Bakı, 23 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Sənaye və Energetika Nazirliyi İsveç XİN-in dövlət katibi Frank Belfraqın rəhbərlik etdiyi nümayəndə heyətinə ölkənin enerji sahəsindəki nailiyyətlərini təqdim edib. Bu barədə çərşənbə günü Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri Azər Mənsimli məlumat verib.

Onun sözlərinə görə, təqdimat çərşənbə günü Bakıda Azərbaycan Sənaye və Energetika Nazirliyində keçirilən görüşdə baş tutub. İsveç nümayəndə heyətini Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev qəbul edib.

Görüş zamanı İsveç tərəfinə Azərbaycanın enerji strukturunun imkanları təqdim edilib. Həmçinin, görüş zamanı tərəflər enerji sektorunda əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti