...

Azərbaycanda dizel yanacağına Avro-3 standartı tətbiq ediləcək

Energetika Materials 2 Dekabr 2011 19:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanda dizel yanacağına Avro-3 ekoloji standartları gələn ilin sonunda tətbiq edilməyə başlanacaq. Bu barədə cümə günü Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən məlumat veriblər.

"Hazırda dizel yanacağı üçün yeni standartların hazırlanması üzrə işlər aparılır. Bu işlər gələn ilin sonuna yaxın tətbiq edilməyə başlanacaq", - Dövlət Komitəsindən deyiblər.

Azərbaycanda avtomobil benzininin yeganə istehsalçısı ARDNŞ-dir (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti). Növbəti ildən ARDNŞ şirkətinin neft emalı zavodlarında (NEZ) Avro-3 standartında dizel yanacağının istehsalına başlanması, 2013-cü ildən etibarən isə istehsal olunan benzinlərin keyfiyyətinin Avro-3 standartına çatdırılması planlaşdırılır. Hazırda ARDNŞ tərəfindən istehsal edilən yanacaq Avro-2 standartına uyğundur.

Ötən ilin iyulundan Azərbaycanda ölkədə ixrac edilən və yığılan avtomobil nəqliyyatı vasitələrinə qarşı Avro-2 ekoloji standartlarının tətbiqi başlanıb.

Xəbər lenti

Xəbər lenti