...

2012-ci ildə Azərbaycanda kiçik SES-lər istismara veriləcək

Energetika Materials 6 Dekabr 2011 20:06 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir E.İsmayılov/

"Azərenerji" ASC gələn il Azərbaycan ərazisində bir sıra kiçik su elektrik stansiyalarını (SES) istismara verməyi planlaşdırır. Bu barədə çərşənbə axşamı Trend-ə ASC-nin vitse-prezidenti Marlen Əsgərov deyib.

Onun sözlərinə görə, hazırda 5 kiçik SES tikinti prosesi mərhələsindədir. Onlardan hər hansı birinin bu il istismara verilməsi nəzərdə tutulmayıb.

"Kiçik SES-lərin istismara verilməsi gələn il gözlənilir", - Əsgərov deyib.

"Azərenerji" ASC-nin investisiya şöbəsinin rəisi Rafael Abbasovun əvvəl dediyinə görə, yaxın vaxtlarda Azərbaycanın müxtəlif regionlarında 36 kiçik SES tikiləcək. Ümumilikdə "Azərenerji"nin planlarına 280 kiçik SES-in tikintisi daxildir.

Abbasovun sözlərinə görə, kiçik SES-lərin tikintisi elektrik enerjisinin tədarükü üzrə vəsaitləri azaldacaq və Azərbaycan regionlarının inkişafını təmin edəcək. Kiçik SES-lərin yaradılması ölkədə alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı prosesinin tərkib hissəsidir.

Hazırda "Azərenerji" elektik enerjisinin hasilat gücü üzrə Avropanın Top-50 iri enerji istehsalçısı şirkəti sırasına daxildir. "Azərenerji", həmçinin, bir kilovatt-saat elektrik enerjisinin istehsalında istifadə edilən yanacağın miqdarı parametrləri üzrə beş şirkət sırasına daxildir.

Xəbər lenti

Xəbər lenti