...

Azərbaycan neftinin qiymətləri dekabrın 16-da azalıb

Energetika Materials 17 Dekabr 2011 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 dekabr /Trend, müxbir E.İsmayılov/

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 108,6 dollar/barel təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən ARDNŞ-dən (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) şənbə günü verilən məlumata görə, cümə günü neftin qiymətləri cümə axşamına nisbətən 0,58 dollar/barel azalıb.

"Azeri Light" neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan çıxarılır. Neft digər növlərlə qarışdırılmadan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə Türkiyənin Ceyhan, dəmiryolla Gürcüstanın Batumi limanlarına çatdırılır. Bununla yanaşı, "Azeri Light" Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa limanına ixrac olunur.

ARDNŞ-dən bildiriblər ki, FOB Türkiyənin Ceyhan limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 16-da 107,51 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,54 dollar/barel azdır.

Azərbaycan neftin URALS növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 16-da 103,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,63 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti dekabrın 16-da 104,58 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,48 dollar/barel azdır.

Xəbər lenti

Xəbər lenti