...

Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Energetika Materials 16 Yanvar 2012 18:20 (UTC +04:00)
Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.
Bir neçə rayonun qaz təchizatında məhdudiyyətlər olacaq

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

Azərbaycanın bir neçə rayonunun qaz təchizatında məhdudiyyətlər olacaq.

Trend-in bazar ertəsi ARDNŞ-nin saytına istinadən yaydığı məlumata görə, aparılan təmir işləri ilə əlaqədar 17 yanvar 2012-ci il tarixdə səhər saatlarından etibarən "Ucar" qazpaylayıcı stansiyasında, həmçinin "Azadkənd-İmişli" magistral qaz kəmərində təbii qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Ucar şəhəri daxil olmaqla, rayonun Gəraybəyli, Rəstəcə, Qarabörk kəndlərinə, eyni zamanda, Sabirabad, Saatlı və İmişli rayonlarına təbii qazın verilişində məhdudiyyətlər olacaq.

Xəbər lenti

Xəbər lenti