...

ARDNŞ DEPA-nın özəlləşdirilməsində iştirakın mümkünlüyünə baxmaqda davam edir

Energetika Materials 17 Yanvar 2012 15:38 (UTC +04:00)
ARDNŞ Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsi prosesində iştirakın mümkünlüyünə baxmaqda davam edir.
ARDNŞ DEPA-nın özəlləşdirilməsində iştirakın mümkünlüyünə baxmaqda davam edir

Azərbaycan, Bakı, 17 yanvar /Trend, müxbir E.İsmayılov/

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsi prosesində iştirakın mümkünlüyünə baxmaqda davam edir. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, şirkətin bütünlükdə deyil, ayrı-ayrı hissələri özəlləşdirilməyə çıxarılıb, ona görə də alınmanın effektivliyinin öyrənilməsi üçün daha çox vaxtın olması vacibdir.

"Belə aktivlərin alınması məsələsinə diqqətlə yanaşmaq lazımdır", - Abdullayev bildirib.

Yunanıstanın DEPA şirkətinin özəlləşdirilməsi prosesinə rəsmən başlanması artıq bu yay gözlənilir. Özəlləşdirmənin 2011-ci ilin sonunda başa çatdırılması planlaşdırılır.

DEPA "Cənub qaz dəhlizi"nin "Nabukko" və TAP kimi digər layihələri sırasındakı ITGI layihəsinin səhmdarlarından biridir. O. "Şahdəniz" yatağından Avropaya Azərbaycan qazının nəqlinin mümkünlüyü uğrunda mübarizə aparır. Hazırda "Şahdəniz" konsorsiumunun iştirakçıları ixrac marşrutlarının müəyyən edilməsi üçün boru kəməri layihələri təklifini nəzərdən keçirirlər.

Yunanıstan hökuməti mayın 23-də özəlləşdirmə proqramını bəyənib. Proqram ölkə xəzinəsinə 2015-ci ilədək 50 milyard avro gətirməlidir. Bu proqramın qəbul edilməsi beynəlxalq kreditorların (Aİ və BVF) gələcək kredit dəstəyi üçün şərtlərdən biridir. Özəlləşdirilməyə şirkətin səhmlərinin azı 55 faizi, maksimim isə 90 faizi çıxarıla bilər.

"Cənub dəhlizi" layihəsi Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biridir. Enerji tədarükünün mənbə və marşrutlarını diversifikasiya edəcək və bununla da Aİ-nin enerji təhlükəsizliyini artıracaq "Cənub dəhlizi" layihəsinə aiddir: "Nabukko" qaz kəməri, Transadriatik qaz kəməri (TAP), "Ağ axın", ITGI (Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri).

Xəbər lenti

Xəbər lenti