Azərbaycan, Bakı, 26 yanvar /Trend müxbir E. İsmayılov/
"Azəristiliktəchizat" SC yaxın müddətdə 2012-ci ildə Azərbaycan ərazisində istilik təchizatının yaxşılaşdırılması layihəsinin hazırlanmasını başa çatdıracaq. Bu barədə cümə axşamı Trend-ə SC-nin sədr müavini İlham Mirzəliyev bildirib.
"İstilik təchizatının yaxşılaşdırılması sahəsində işlər iki dövlət proqramı çərçivəsində aparılır. Bunlar "Regionların sosial-iqtisadi inkişafı" və "Bakı və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı" dövlət proqramlarıdır" , - Mirzəliyev qeyd edib.
Onun sözlərinə görə, istilik təchizatı sahəsində iş planının dəyişdirilməsi üçün lazım olan layihənin hazırlanması 10 gün ərzində başa çatacaq.
İstilik təchizatının keyfiyyətinin yaxşılaşdırılması son illər əhalinin mərkəzləşdirilmiş istilik sisteminə marağını artırıb, bununla bağlı istilik sisteminin bərpa edilməsi üzrə müraciətlərin sayı da çoxalıb. "Bütün bunlar müsbət tərəfə dəyişikliklərdən xəbər verir", - Mirzəliyev vurğulayıb.
2011-2012-ci illərin istilik mövsümünə hazırlıq çərçivəsində tədbirlər planında nəzərdə tutulan bütün zəruri işlər aparılıb. "Xüsusən SC tərəfindən istilik xətlərinin salınması, təmiri, dəyişdirilməsi, qazanxanların tikintisi və təmiri, nasosların quraşdırılması və təmiri üzrə işlər aparılıb", - SC-nin sədr müavini bildirib.
Respublika üzrə bu il istilik enerjisi ilə təmin edilən obyektlərin sayı və onların artım dinamikasının cədvəli:
Obyektlər |
2011-ci ildə |
2005-ci ildə |
Yaşayış binaları |
2550 |
988 |
Məktəblər |
267 |
146 |
Uşaq bağçaları |
162 |
84 |
Səhiyyə obyektləri |
126 |
61 |
Digər sosial obyektlər |
315 |
91 |