...

Bakının enerji operatoru elektrik enerjisinin alışını artırıb

Energetika Materials 2 Mart 2012 20:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 mart /Trend, müxbir E.İsmayılov/

Yanvarda "Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin satışı və paylanması) "Azərenerji" ASC-dən (Azərbaycan regionlarında elektrik enerjisinin istehsalı və paylanması) 884,2 milyon kilovat-saat elektrik enerjisi alıb. Bu göstərici 2011-ci ilin yanvarında 786,1 milyon kilovat-saat olub. Trend-in məlumatına görə, bu barədə cümə günü SC-nin saytında yerləşdirilmiş hesabatda deyilir.

2011-cu ildə "Bakıelektrikşəbəkə" ASC "Azərenerji" ASC-dən təxminən 8,21 milyard kilovat-saat elektrik enerjisi alıb. Bu göstərici 2010-cu ildə 7,92 milyard kilovat-saata yaxın olub.

"Azərenerji"dən alınan elektrik enerjisinə görə yanvarda "Bakıelekrikşəbəkə"nin ödənişlərinin həcmi 87,1 faiz təşkil edib. Bu göstərici 2010-cu ilin yanvarında 83,8 faiz olub.

2011-cu ildə tədarük edilən elektrik enerjisinə görə ödənişlər orta hesabla təxminən 92,2 faiz təşkil edib. 2010-cu ildə isə bu rəqəm 96,2 faiz olub.

Xəbər lenti

Xəbər lenti