...

2011-ci ildə Azərbaycan 39 milyon ton neft ixrac edib

Energetika Materials 12 Mart 2012 13:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir E.İsmayılov/

2011-ci ildə Azərbaycandan 39 milyon ton neft ixrac edilib. Bu barədə hökumətin parlamentə təqdim etdiyi 2011-ci il üzrə hesabatında deyilir.

Hesabata görə, "Azəri-Çıraq-Günəşli" dəniz neft-qaz yataqları blokunun və "Şahdəniz" qaz-kondensat yatağının işlənməsi üzrə konsorsiumlar tərəfindən hasil olunaraq satılan neftin ümumi həcmindən Azərbaycanın payına 25,6 milyon ton (71 faiz) düşür.

Xəbər lenti

Xəbər lenti