...

Etilen-polietilen zavodunda əməyin təhlükəsizliyi üzrə növbəti təlim keçirilib

Energetika Materials 16 Mart 2012 20:09 (UTC +04:00)
ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Birliyin müəssisə və idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə növbəti maarifləndirici tədbir keçirilib.
Etilen-polietilen zavodunda əməyin təhlükəsizliyi üzrə növbəti təlim keçirilib

Azərbaycan, Bakı, 16 mart /Trend/

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Etilen-polietilen zavodunda Birliyin müəssisə və idarələrində əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydaları üzrə növbəti maarifləndirici tədbir keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən xəbər verir ki, "Kimyəvi maddələrlə əlaqəli sahələrdə çalışanların əməyinin təhlükəsiz təşkil olunması qaydaları" mövzusuna həsr olunmuş tədbirdə Etilen-polietilen zavodu ilə yanaşı, Birliyin digər idarə və müəssisələrinin müvafiq şöbələrinin mütəxəssisləri iştirak ediblər.

Toplantıda "Sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühitin qorunması xidmətinin inkişaf planı"na uyğun olaraq slaydlarla müşayiət olunan layihənin təqdimatı keçirilib. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb, əldə olunmuş uğurlarla yanaşı, mövcud nöqsanlardan da danışılıb, onların həlli yolları araşdırılıb.

"Kimyəvi maddələrlə əlaqəli sahələrdə çalışanların əməyinin təhlükəsiz təşkil olunması qaydaları" ilə bağlı diqqətə çatdırılan təlimatlar və aparılan müzakirələr kimyaçıların bu sahədə işlərini daha yüksək səviyyədə, mövcud normalar daxilində yenidən qurması üçün geniş imkanlar açır.

Xəbər lenti

Xəbər lenti