...

Azərbaycan Rusiyaya qaz tədarükünü artırıb

Energetika Materials 29 Mart 2012 10:45 (UTC +04:00)
ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz tədarükünün həcmini gündə səkkiz milyon kubmetrə qədər artırıb.

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir S.Əliyev /

ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Rusiyaya qaz tədarükünün həcmini gündə səkkiz milyon kubmetrə qədər artırıb. Bu barədə cümə axşamı Trend-ə ölkənin neft-qaz sektorundakı mənbə məlumat verib.

Rusiyaya Azərbaycan qazının satışı martın əvvəlində təmir işləri ilə bağlı dayandırılmışdı və qaz nəqli ayın sonunda bərpa edilib.

Tədarük dayandırılanadək gündəlik həcm beş milyon kubmetrə yaxın təşkil edib.

Azərbaycan qazının Rusiyaya tədarükünə 2010-cu il yanvarın 1-dən başlanıb.

Xəbər lenti

Xəbər lenti