...

ARDNŞ-nin Ukraynada planlarının reallaşdırılmasına maksimum dəstək veriləcək - nazir müavini

Energetika Materials 4 Aprel 2012 17:23 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada planlarının həyata keçirilməsinə maksimum dəstək göstəriləcək.
ARDNŞ-nin Ukraynada planlarının reallaşdırılmasına maksimum dəstək veriləcək - nazir müavini

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir A.Axundov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ukraynada planlarının həyata keçirilməsinə maksimum dəstək göstəriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Ukrayna xarici işlər nazirinin müavini Viktor Mayko Bakıda keçirilən Azərbaycan-Ukrayna biznes forumunun yekunları üzrə bildirib.

"ARDNŞ-nin Ukraynada çox iddialı proqramı var. Şirkət yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməyə, neft emalına vəsaitlər qoymağa və s. hazırlaşır", - nazir müavini qeyd edib.

Onun sözlərinə görə, ARDNŞ-nin Ukraynada gələcək işi üçün bütün zəruri şərait yaradılacaq.

Qeyd edək ki, hazırda Ukraynada SOCAR brendi altında 10-dan artıq YDM fəaliyyət göstərir. Kiyevdə 4, Kiyev vilayətində isə 2 YDM-in açılması da planlaşdırılır.

SOCAR brendi altında Lvovda 3, Lvov vilayətində isə 4 YDM-in açılması da qarşıdakı planlara daxildir.

Xəbər lenti

Xəbər lenti