...

ARDNŞ yaxın vaxtlarda magistral qaz kəmərinin təmirini başa çatdıracaq

Energetika Materials 16 Aprel 2012 10:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 aprel / Trend, müxbir E.İsmayılov/

Şamaxı rayonunda Altıağac-Ağsu magistral qaz kəmərinin keçdiyi ərazinin mürəkkəb relyefi ilə əlaqədar ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyinin apardığı təmir işləri hələ davam edir. Bu barədə bazar ertəsi Trend-ə İB-dən məlumat verilib.

Aprelin 13-ü saat 22:50-də Altıağac-Ağsu magistral qaz xəttində sızma və sonradan yanğın baş verib. Görülən tədbirlər nəticəsində kəmərlə qaz nəqli dayandırılaraq, yanğın söndürülüb. Altıağac-Ağsu magistral qaz xətti Mozdok-Qazıməməmd magistral qaz kəmərinin bir hissəsidir. Qaz kəmərində yaranmış problem Rusiyaya qazın tədarükünə təsir etməyib.

Məlumata görə, ərazinin mürəkkəb relyefi təmir-bərpa işlərinin aparılması üçün zəruri texnikanın cəlb edilməsinə mane olmayıb.

"Təmir işlərinin aparılması və qaz kəmərinin işinin bərpa edlməsi üçün bütün lazımi texnika və işçi qüvvəsi cəlb edilib", - İB-dən bildiriblər.

İB-dən təmirin başa çatacağı tarixi dəqiqləşdirməyiblər.

"Dəqiq tarix barədə danışmaq çətindir, lakin işlərin yaxın vaxtda başa çatması üçün hər cür səy göstərilir", - "Azəriqaz"dan deyiblər.

Xəbər lenti

Xəbər lenti