...

Türkiyədə AES-da elektrik enerjisinin istehsalına 2019-cu ildə başlanacaq

Energetika Materials 26 Aprel 2012 10:47 (UTC +04:00)
Türkiyədə Akkuyu ərazisindəki ilk AES-də elektrik enerjisinin istehsalına 2019-cu ildə başlanacaq. Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız jurnalistlərə məlumat verib.
Türkiyədə AES-da elektrik enerjisinin istehsalına 2019-cu ildə başlanacaq

Azərbaycan, Bakı, 26 aprel / Trend, müxbir A.Tağıyeva /

Türkiyədə Akkuyu ərazisindəki ilk AES-də elektrik enerjisinin istehsalına 2019-cu ildə başlanacaq. Bu barədə Türkiyənin energetika və təbii ehtiyatlar naziri Taner Yıldız jurnalistlərə məlumat verib. Trend-in məlumatına görə, bu barədə cümə axşamı "Hürriyət" qəzeti yazır.

Nazirin sözlərinə görə, ötən il Rusiya "Akkuyu" AES-in tikintisi üzrə layihəyə 700 milyon dollar investisiya qoyub. Bu il həmin layihəyə Rusiyanın investisiyaları 2,4 milyard dollar təşkil edəcək.

Yıldız onu da qeyd edib ki, Türkiyə ikinci və üçüncü AES-in tikintisi üçün üç ölkə ilə danışıqlar aparır. Lakin nazir həmin ölkələrin adlarını dəqiqləşdirməyib.

Xəbər lenti

Xəbər lenti