...

ARDNŞ Azərbaycanda qazlaşdırmanın səviyyəsini artırır

Energetika Materials 8 May 2012 13:06 (UTC +04:00)
2013-cü ilin sonunadək ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95 faizə çatdıracaq.
ARDNŞ Azərbaycanda qazlaşdırmanın səviyyəsini artırır

Azərbaycan, Bakı, 8 may /Trend, müxbir E.İsmayılov/

2013-cü ilin sonunadək ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Azərbaycanda qazlaşdırmanın səviyyəsini 95 faizə çatdıracaq. Bu barədə çərşənbə axşamı Trend-ə ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyindən deyiblər.

Hazırda qazlaşdırma proqramı çərçivəsində paylayıcı şəbəkəyə yeni abonentlərin qoşulması, eləcə də mövcud abonentlərin qazla təchizatının keyfiyyətinin yaxşılaşdırılması üzrə fəal işlər görülür.

"Dağlıq, dağətəyi və cəbhəyanı rayonlarda qazlaşdırmanın maksimum səviyyəsinə nail olmaq planlaşdırılır", - "Azəriqaz"dan qeyd ediblər.

İB-nin məlumatına görə, bir neçə gün ərzində "Azəriqaz" ölkənin müxtəlif rayonlarında, o cümlədən Ağcabədi, Ağdam, Beyləqan, Masallı, Füzuli, Şamaxı və digərlərində bəzi kəndləri şəbəkəyə birləşdirəcək.

Xəbər lenti

Xəbər lenti