...

ARDNŞ apreldə qaz hasilatını artırıb

Energetika Materials 30 May 2012 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yanvar-aprel aylarında təqribən 2,3 milyard kubmetr qaz hasil edib. 2011-ci ilin analoji dövründə bu rəqəm 2,4 milyard kubmetrə yaxın olub. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir.

Məlumatda bildirilir ki, ARDNŞ apreldə 562,87 milyon kubmetr qaz hasil edib. Martda isə bu rəqəm 553,9 milyon kubmetr olub.

ARDNŞ-nin məlumatına görə, ölkədə yanvar-aprel aylarında 8,73 milyard kubmetr qaz çıxarılıb. Apreldə bu göstərici təqribən 2,06 milyard kubmetr təşkil edib. Martda isə bu rəqəm 2,13 milyard kubmetr olub.

Ötən il Azərbaycanda təqribən 26 milyard kubmetr qaz hasil edilib. 2011-ci ildə ARDNŞ-nin payına 7,08 milyard kubmetr qaz düşüb.

Xəbər lenti

Xəbər lenti