...

Füzuli rayonunun daha iki kəndinə təbii qaz verilib

Energetika Materials 23 İyun 2012 13:44 (UTC +04:00)
Füzuli rayonunun Qarabağ və Bala Bəhmənli kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə şənbə günü tədbirlər keçirilib.
Füzuli rayonunun daha iki kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Füzuli rayonunun Qarabağ və Bala Bəhmənli kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə şənbə günü tədbirlər keçirilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, tədbirlərdə "Azəriqaz" İB-nin və rayon rəhbərliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Bildirilib ki, 190 abonenti olan Qarabağ kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 13645 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 190 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Bundan başqa, 410 abonenti olan Bala Bəhmənli kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 25713 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz kəmərləri çəkilib, 410 ədəd qaz sayğacı və fərdi tənzimləyici quraşdırılıb.

Xəbər lenti

Xəbər lenti