...

Taner Yıldız: Türkiyə İranın enerji resurslarının haqqını qızılla ödəmir

Energetika Materials 10 İyul 2012 10:07 (UTC +04:00)
Türkiyənin İrandan idxal etdiyi enerji resurslarının haqqını qızılla ödəməsi barədə məlumat həqiqətəuyğun deyil.
Taner Yıldız: Türkiyə İranın enerji resurslarının haqqını qızılla ödəmir

Azərbaycan, Bakı, 10 iyul /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin İrandan idxal etdiyi enerji resurslarının haqqını qızılla ödəməsi barədə məlumat həqiqətəuyğun deyil. Bu barədə Türkiyənin energetika və təbii rersurslar naziri Taner Yıldız bəyan edib. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı "Anadolu" agentliyi yayıb.

"Bütün haqq tərəflər arasında imzalanan sazişə müvafiq formada həyata keçirilir", - Yıldız deyib.

Onun sözlərinə görə, belə ki, BOTAŞ şirkəti ödənişi dollarla, "Tüpraş" şirkəti isə lirə ilə aparır.

Dünən bəzi Türkiyə KİV-ində 2012-ci ilin martından Türkiyənin İrana neft və qaz idxalına görə ödənişi qızılla həyata keçirməsi barədə məlumat yayılıb. Bu, İran üçün pul köçürmələri həyata keçirən SWIFT şirkətinin cari ilin mart ayından Tehranla əməkdaşlığı dayandırmasından sonra baş verib.

Qəzetlərin məlumatına görə, məhz buna görə Türkiyədən İrana qızıl ixracı kəskin artıb. Belə ki, Türkiyədən İrana qızıl ixracı 2012-ci ilin mart-may aylarında 60 ton təşkil edib.

Türkiyə İrandan hər il səkkiz milyon ton neft və 8 milyard kubmetr qaz idxal edir.

Xəbər lenti

Xəbər lenti