...

"Günəşli" yatağında yeni quyu qazılır

Energetika Materials 13 İyul 2012 10:43 (UTC +04:00)
"Günəşli" yatağındakı 10-cu özüldən 43 nömrəli quyuda qazma işlərinə başlanılıb.
"Günəşli" yatağında yeni quyu qazılır

Azərbaycan, Bakı, 13 iyul /Trend/

"Günəşli" yatağındakı 10-cu özüldən 43 nömrəli quyuda qazma işlərinə başlanılıb.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, layihə dərinliyi 3500 metr olan quyu "Xəzər" Dənizdə Kəşfiyyat Qazma İdarəsi (keçmiş "Bayıl Limanı" DKQİ) tərəfindən qirməki altı lay dəstəsinə qazılır.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 20 ton neft, 200 min kubmetr qaz hasil ediləcək.

Qeyd edək ki, quyuda istismar işləri 28 May adına NQÇİ tərəfindən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti