Azərbaycan, Bakı, 2 avqust /Trend/
Təmir işləri ilə əlaqədar olaraq avqustun 3-də saat 10:00-dan 16:00-dək "Lək" qazpaylayıcı stansiyasından təbii qaz təchizatı dayandırılacaq.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, təmir işləri aparılan müddətdə Ucar rayonunun Lək kəndinə təbii qazın verilişində fasilələr yaranacaq.