...

ARDNŞ yanvar-iyulda dövlət büdcəsinə ödənişləri 15 faizdən çox artırıb

Energetika Materials 10 Avqust 2012 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 avqust /Trend, müxbir E.İsmayılov/

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) yanvar-iyul aylarında dövlət büdcəsinə 791,64 milyon manat ödəyib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 106,31 milyon manat (15,5 faiz) çoxdur. Trend-in məlumatına görə, bu barədə cümə günü ARDNŞ-nin yaydığı məlumatda deyilir.

ARDNŞ 2012-ci ilin iyul ayında dövlət büdcəsinə 117 milyon 551 min manat vəsait ödəyib.

Bundan əlavə, cari ilin iyul ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 13 milyon 705 min manat vəsait köçürüb. Bu göstərici ötən ilin iyul ayına nisbətən 2 milyon 168 min manat və ya 18,8 faiz çox olub.

Ümumiyyətlə, 2012-ci ilin yanvar-iyul aylarında ARDNŞ tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 91 milyon 473 min manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 14 milyon 492 min manat və ya 18,8 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti