...

Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin yenidən qurulması layihəsinin TİƏ sənədi təqdim olunub

Energetika Materials 31 Avqust 2012 19:02 (UTC +04:00)
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması üzrə Almaniyanın “E.ON Ruhrgas” şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin təqdimatı keçirilib.
Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin yenidən qurulması layihəsinin TİƏ sənədi təqdim olunub

Azərbaycan, Bakı, 31 avqust /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyində Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması üzrə Almaniyanın "E.ON Ruhrgas" şirkətinin mütəxəssisləri tərəfindən hazırlanmış layihənin texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədinin təqdimatı keçirilib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, "Azəriqaz" İB-nin baş direktoru Əkbər Hacıyev Bakı və Abşeron yarımadasında təbii qaz təchizatı şəbəkəsinin modernizasiya və yenidən qurulması məsələsinin respublika iqtisadiyyatı və Abşeron yarımadasının sosial-iqdisadi inkişafı nöqteyi-nəzərindən mühüm yer tutduğunu qeyd edib.

Bildirilib ki, layihə Bakı və Abşeron yarımadasında qaz təchizatı şəbəkəsinin hazırkı gücünü artıraraq, əhali və iqtisadiyyatın gələcək inkişafı ilə əlaqədar 2030-cu ilədək yaranacaq tələbatının ödənilməsi, istehlakçıların təbii qazla fasiləsiz təmin edilməsi, qaz təsərrüfatı sisteminin etibarlılığının artırılması, təhlükəsizlik şərtlərinin Avropa standartlarına uyğunlaşdırılması və yüksəldilməsi, qaz itkisinin qarşısının alınması, tam və ya qismən avtomatlaşdırılmış sistemin layihələndirilməsi, monitorinq və nəzarət sisteminin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, istismar və sazlama konsepsiyasının ən müasir səviyyədə qurulması məqsədini daşıyır.

Təqdimatda texniki-iqtisadi əsaslandırmanın xülasəsi, nəticələri, eləcə də layihənin reallaşdırılması üçün müəyyən edilmiş mərhələlər öz əksini tapıb və slaydlar vasitəsilə nümayiş etdirilib. Daha sonra "Azəriqaz" İB-nin aparıcı mütəxəssisləri TİƏ sənədinin müddəaları ətrafında geniş müzakirə aparıblar.

Xəbər lenti

Xəbər lenti