...

ARDNŞ Xəzərdəki yataqlarda ekoloji monitorinq keçirib

Energetika Materials 8 Sentyabr 2012 11:50 (UTC +04:00)
ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi “Bulla Dəniz” dəniz yatağında ekoloji monitorinq keçirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü idarənin rəsmi saytında məlumat verilir.
ARDNŞ Xəzərdəki yataqlarda ekoloji monitorinq keçirib

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir E.İsmayılov/

ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Ekologiya İdarəsi "Bulla Dəniz" dəniz yatağında ekoloji monitorinq keçirib. Trend-in məlumatına görə, bu barədə şənbə günü idarənin rəsmi saytında məlumat verilir.

"Bulla Dəniz" yatağı ARDNŞ-nin N,Nərimanov adına NQÇİ-nin balansında yerləşir.

Məlumatda deyildiyi kimi, işlər "MRK-452" gəmisində aparılır. Monitorinqin gedişində 17 seçilmiş stansiyadan dəniz suyu, zooplankton, fitoplankton və dəniz çpöküntüləri nümunələri götürülüb.

Habelə monitorinq zamanı su mühitinin fiziki-kimyəvi xarakteri, dəniz axınlarının sürəti ölçülüb və istiqaməti müəyyən edilib, ərazinin meteoroloji tədqiqatı aparılıb.

Xəbər lenti

Xəbər lenti