...

Azərbaycan neftinin qiymətləri: 3-7 sentyabr həftəsinin yekunları

Energetika Materials 8 Sentyabr 2012 13:32 (UTC +04:00)
3-7 sentyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 116,7 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftədəki qiymətdən 1,16 dollar/barel çoxdur.
Azərbaycan neftinin qiymətləri: 3-7 sentyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir E.İsmayılov /

3-7 sentyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti 116,7 dollar/barelə yaxın təşkil edib ki, bu da ötən həftədəki qiymətdən 1,16 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 3-7 sentyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 117,41 dollar/barel, minimum isə 115,56 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

3-7 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 112,9 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,68 dollar/barel çoxdur.

3-7 sentyabr həftəsində URALS-ın qiyməti maksimum 113,83, minimum isə 111,94 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

3-7 sentyabr avqust həftəsində "Brent Dated" növünün orta qiyməti 114,25 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,57 dollar/barel çoxdur.

"Brent Dated"in maksimum qiyməti 115,34, minimum isə 113,18 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti