...

Türkiyənin BOTAŞ şirkəti Azərbaycana alınmamış qaza görə kompensasiya ödəyib

Energetika Materials 11 Sentyabr 2012 11:49 (UTC +04:00)
Türkiyənin BOTAŞ boru kəməri şirkəti "al və ödə" prinsipi üzrə imzalanmış qaz müqaviləsi üzrə öhdəliklər çərçivəsində Azərbaycana 186 milyon lirə ödəyib.
Türkiyənin BOTAŞ şirkəti Azərbaycana alınmamış qaza görə kompensasiya ödəyib

Azərbaycan, Bakı, 11 sentyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyənin BOTAŞ boru kəməri şirkəti "al və ödə" prinsipi üzrə imzalanmış qaz müqaviləsi üzrə öhdəliklər çərçivəsində Azərbaycana 186 milyon lirə ödəyib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı "Samanyoluhaber" ölkənin Energetika və Təbii Resurslar Nazirliyindəki mənbəyə istinadən xəbər verib.

Habelə BOTAŞ alınmamış qaza görə Rusiyaya 1,4 milyard lirə, İrana isə 1,3 milyard lirə ödəyib.

2011-ci ildə BOTAŞ müxtəlif mənbələrdən 39,7 milyard kubmetrdən artıq qaz idxal edib. 2010-cu ildə bu rəqəm 32,5 milyard kubmetrə yaxın təşkil edib.

2011-ci ildə Türkiyənin daxili bazarında 39,4 milyard kubmetr qaz satılıb. 2010-cu ildə bu rəqəm 31,5 milyard kubmetrə yaxın olub.

Xəbər lenti

Xəbər lenti