...

Azərbaycanda fərdi yaşayış evlərinin qazlaşdırılması üçün 5600-dən çox layihə-smeta sənədi hazırlanıb

Energetika Materials 13 Sentyabr 2012 19:48 (UTC +04:00)
2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 2228 ədəd texniki şərt verilib.
Azərbaycanda fərdi yaşayış evlərinin qazlaşdırılması üçün 5600-dən çox layihə-smeta sənədi hazırlanıb

Azərbaycan, Bakı, 13 sentyabr /Trend/

2012-ci ilin yanvar-avqust aylarında Azərbaycanda fiziki və hüquqi şəxslərin müraciətləri əsasında qeyri-yaşayış sahələrinin (obyektlərin) qazlaşdırılması üçün 2228 ədəd texniki şərt verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azəriqaz" İstehsalat Birliyinin sifarişi əsasında tikintisi nəzərdə tutulan qaz təchizatı obyektlərinin və qurğularının, yaşayış məntəqələrinin, daşıyıcı qaz kəmərlərinin və digər təyinatlı bina, tikili və qurğuların layihələndirilməsi üçün 626 ədəd texniki şərt, texniki tapşırıq və layihə tapşırığı hazırlanıb.

Fiziki və hüquqi şəxslərin müraciətləri əsasında 1 609 ədəd qeyri-yaşayış sahələrinin (obyektlərin) layihə-smeta sənədləri razılaşdırılıb. Bu müddət ərzində Birliyin sifarişi ilə razılaşdırılmış layihə-smeta sənədlərinin sayı isə 1182 ədəd təşkil edib.

Layihə-smeta sənədlərinin hazırlanması üzrə də mühüm işlər görülüb. Cari ilin yanvar-avqust aylarlnda Birliyin Layihə-Konstruktor Bürosu tərəfindən 8377 layihə-smeta sənədi hazırlanaraq təhvil verilib ki, bunun da 5616-sı fərdi yaşayış evlərinə aid olub. Ölkənin regionları üzrə hazırlanmış layihə-smeta sənədlərinin nisbəti aşağıdakı kimi olub: rayonlar üzrə 3057, Bakı şəhəri üzrə 844, Abşeron rayonu üzrə 856, Sumqayıt şəhəri üzrə 859.

Kənd və qəsəbələrin qazlaşdırılması üzrə 560, obyektlərin təmiri üzrə 557, sənaye və kommunal, məişət obyektləri, qeyri-yaşayış sahələri üzrə isə 1632 layihə-smeta sənədi hazırlanıb. İnzibati binalar, anbar binaları və s. tikinti işləri üzrə 12 layihə-smeta sənədi hazırlanaraq tikinti üçün icraata verilib.

Xəbər lenti

Xəbər lenti