...

Azərbaycan neftinin qiymətləri: 10-14 sentyabr həftəsinin yekunları

Energetika Materials 17 Sentyabr 2012 16:14 (UTC +04:00)
10-14 sentyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təxminən 118,4 dollar/barel təşkil edib.
Azərbaycan neftinin qiymətləri: 10-14 sentyabr həftəsinin yekunları

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir A.Bədəlova/

10-14 sentyabr həftəsində Azərbaycanın İtaliyanın Augusta limanından CIF şərtləri ilə Supsa, Batumi (Gürcüstan) və Ceyhan (Türkiyə) limanları vasitəsilə satdığı AZERI LT (CIF) növlü neftinin orta qiyməti təxminən 118,4 dollar/barel təşkil edib ki, bu da ötən həftənin qiymətindən 1,7 dollar/barel çoxdur.

Trend-in məlumatına görə, 10-14 sentyabr həftəsində AZERI LT-nin qiyməti maksimum 120,26, minimum isə 116,86 dollar/barel təşkil edib.

"Azeri Light"ın API üzrə qatılığı 34,6 dərəcə, kükürdün miqdarı isə 0,14 faizdir.

10-14 sentyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) növlü neftinin orta qiyməti 113,38 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 0,48 dollar/barel çoxdur.

10-14 sentyabr həftəsində URALS-ın qiyməti maksimum 115,09, minimum isə 111,98 dollar/barel olub.

URALS-ın API üzrə qatılığı 32 dərəcə təşkil edir, kükürdün miqdarı isə 1,3 faizdir. Lakin satış zamanı müxtəlif vaxtlarda, tərkibində daha çox keyfiyyətli (və ya daha az) neftlərin dominantlığından asılı olaraq, bu neftin spesifik xüsusiyyətləri dəyişir.

10-14 sentyabr həftəsində "Brent Dated" növünün orta qiyməti 115,46 dollar/barel təşkil edib ki, bu da ötən həftənin göstəricisindən 1,21 dollar/barel çoxdur.

Ötən həftə "Brent Dated"in maksimum qiyməti 117,15, minimum isə 114,04 dollar/barel təşkil edib.

"Brent Dated"in API üzrə qatılığı 38,3 dərəcə, kükürdün miqdarı isə 0,36 faizdir.

Xəbər lenti

Xəbər lenti