...

Azərbaycan kiçik kimya sahəsinin inkişafına başlayır

Energetika Materials 17 Sentyabr 2012 17:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 sentyabr /Trend, müxbir E.İsmayılov/

Oktyabr ayında Sumqayıt şəhərində yeni Kimya Sənaye Parkının yaradılması çərçivəsində bir sıra obyektlərin təməlinin qoyulması planlaşdırılır. Trend-in məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.

Onun sözlərinə görə, xüsusilə, yeni tədris mərkəzi, habelə bir neçə müəssisənin təməlinin qoyulması planlaşdırılır.

Azərbaycanda geniş yayılmayan sahələrin inkişafı məqsədilə parkın yaradılması çərçivəsində vergiqoyma, gömrük yığımları və s. sahələrdə xüsusi rejim tətbiq ediləcək.

"Bu istiqaməti inkişaf etdirmək üçün xüsusi şərait yaradılacaq", - Abdullayev qeyd edib.

Onun sözlərinə görə, hazırda parkın yaradılması çərçivəsində İqtisadi İnkişaf Nazirliyi zəruri hazırlıq işləri aparır.

Xəbər lenti

Xəbər lenti