Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbirlər A.Tağıyeva, E.İsmayılov/
Türkiyənin Qars vilayətində Azərbaycandan Türkiyəyə qaz ixrac edən Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin bir hissəsində partlayış baş verib.
"ВР Azerbaijan" şirkətindən ("Şahdəniz"in texniki operatoru) Trend-ə verilən məlumata görə, Türkiyənin BOTAŞ boru kəməri şirkətinin tələbi ilə bu şirkətin sisteminə qaz tədarükü dayandırılıb.
"Şahdəniz" dəniz platformasında isə iş dayandırılmayıb və Azərbaycana, Gürcüstana və Bakı-Tbilisi-Ceyhan neft kəmərinin nasos stansiyalarına qaz tədarükü normal rejimdə həyata keçirilir.
Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, partlayışın səbəbi hələlik müəyyən edilməyib.
Hadisə yerində Türkiyənin BOTAŞ şirkətinin mütəxəssisləri çalışır.
Qeyd edək ki, bu qaz kəmərində son dəfə partlayış 2012-ci il mayın 29-da baş vermişdi.
BOTAŞ-dan bildiriblər ki, təmir üç gündən yeddi günə kimi vaxt apara bilər.