...

Azərbaycanın neft sektorunda azalma müşahidə olunub

Energetika Materials 11 Oktyabr 2012 13:30 (UTC +04:00)
Azərbaycanın sənaye sahələrində 2012-ci ilin yanvar-sentyabr aylarında 25,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, qeyri-neft sektorunda 7,7 faiz artım, neft sektorunda 5,6 faiz azalma müşahidə olunub.
Azərbaycanın neft sektorunda azalma müşahidə olunub

Azərbaycan, Bakı, 11 oktyabr /Trend/

Azərbaycanın sənaye sahələrində 2012-ci ilin yanvar-sentyabr aylarında 25,8 milyard manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib, qeyri-neft sektorunda 7,7 faiz artım, neft sektorunda 5,6 faiz azalma müşahidə olunub. Bu barədə cümə axşamı Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

İstehsalın 76,4 faizi mədənçıxarma, 18,3 faizi emal, 4,8 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölmələrində həyata keçirilib.

Cari ilin doqquz ayı ərzində neft hasilatı 32,8 milyon ton, əmtəəlik təbii qaz hasilatı isə 12,8 milyard kubmetr təşkil edib, qeyri-neft bölməsinin məhsullarından qida, içki, toxuculuq, geyim, kağız və karton, poliqrafiya, rezin və plastmas məhsullarının, tikinti materiallarının, metallurgiya, hazır metal məmulatların, elektrik avadanlıqlarının, mebel, elektrik enerjisinin və s. məhsulların istehsalında daha çox artım əldə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti