...

Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 milyonu ötüb

Energetika Materials 12 Oktyabr 2012 19:43 (UTC +04:00)
Ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 434 346-ya çatıb ki, onlardan 1 416 716 əhali, 17 630 qeyri-əhali abonentidir.
Azərbaycanda təbii qazla təmin olunan abonentlərin sayı 1,4 milyonu ötüb

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi tərəfindən istehlakçıların təbii qazla fasiləsiz təchiz edilməsi istiqamətində görülən işlərin nəticəsi olaraq oktyabrın 1-nə olan məlumata görə, ölkə üzrə təbii qazla təmin olunan abonentlərin sayı 1 434 346-ya çatıb ki, onlardan 1 416 716 əhali, 17 630 qeyri-əhali abonentidir.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu abonentlərin 6 477 949-u Bakı şəhəri (638 539 əhali, 9 410 qeyri-əhali abonenti), 786 397-si isə regionların payına düşür (778 177 əhali, 8 220 qeyri-əhali). Ümumilikdə 1 433 294 abonent sayğaclaşdırılıb ki, bunların da 1 415 664-ü əhali (99,9 faiz), 17 630-u qeyri-əhali (100 faiz) istehlakçılarıdır.

Sayğaclaşdırmanın nisbətinə gəlincə, bu sahədə vəziyyət aşağıdakı kimidir: Bakı şəhəri üzrə 637 961 əhali abonenti (99,9 faiz), 9 410 qeyri-əhali abonenti (100 faiz), regionlar üzrə isə 777 703 əhali abonenti (99,9 faiz) və 8220 qeyri-əhali abonenti (100 faiz).

Ümumilikdə Bakı şəhəri üzrə 647 371 abonent (99,9 faiz), regionlar üzrə isə 785 923 abonent (99,9 faiz) sayğaclaşdırılıb.

Ötən müddətdə əhali abonentlərinin mənzillərində 466 mindən artıq "smart-kart" tipli qaz sayğacları quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti