...

İzmirdə Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin tikintisi başa çatıb

Energetika Materials 15 Oktyabr 2012 18:37 (UTC +04:00)
Təməli ötən il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ''Star'' neft emalı zavodu ilə eyni vaxtda qoyulmuş Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin inşası tamamlanıb və məktəb Əliağa Milli Təhsil İdarəsinə təhvil verilib.
İzmirdə Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin tikintisi başa çatıb

Azərbaycan, Bakı, 15 oktyabr /Trend/

Təməli ötən il oktyabrın 25-də Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində ''Star'' neft emalı zavodu ilə eyni vaxtda qoyulmuş Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyinin inşası tamamlanıb və məktəb Əliağa Milli Təhsil İdarəsinə təhvil verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməlqoyma mərasimi keçirilmiş bu liseyin tikintisi olduqca qısa müddət ərzində - cəmi 270 günə başa çatdırılıb. Liseyin tikintisi davam edərkən burada təhsil almaq istəyən şagirdlər üçün müsabiqə elan edilib və 180 nəfər seçilib. Gələcəkdə şagirdlərin sayının 720 nəfərə çatdırılması planlaşdırılır.

"SOCAR-Türkiyə Enerji" şirkətinin prezidenti və "Petkim" neft-kimya holdinqinin İdarə Heyətinin üzvü Kənan Yavuz ümummilli lider Heydər Əliyevin adını daşıyan liseyin Türkiyə-Azərbaycan əməkdaşlığının təhsil sahəsində ən önəmli simvoluna çevriləcəyini bildirib. Yavuz qeyd edib ki, Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi hazırda Türkiyənin ən gözəl və modern təhsil ocaqlarından biridir. Liseydə təhsil alan şagirdlər tədris prosesində istehsalat praktikasına cəlb ediləcək, ən bacarıqlı məzunlar isə ARDNŞ-nin Türkiyə və Azərbaycanda həyata keçirdiyi layihələrdə işlə təmin olunacaqlar.

Heydər Əliyev adına Texniki-Sənaye Peşə Liseyi 22 hektar ərazidə kampus sisteminə uyğun qurulub. 216 şagird üçün pansionat tipli yataqxana və 300 nəfərlik konfrans zalına malik liseyin sinif otaqları müasir texniki avadanlıqlarla təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti