...

Balakən rayonunun daha bir kəndinə təbii qaz verilib

Energetika Materials 17 Oktyabr 2012 17:38 (UTC +04:00)
Bu gün Balakən rayonunun Qazbinə kəndinə ilk dəfə olaraq təbii qaz verilib.
Balakən rayonunun daha bir kəndinə təbii qaz verilib

Azərbaycan, Bakı, 17 oktyabr /Trend/

Bu gün Balakən rayonunun Qazbinə kəndinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş mərasimdə "Azəriqaz" İstehsalat Birliyinin və Balakən rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Bildirilib ki, 340 abonenti olan Qazbinə kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 28.4 kilometr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, abonentlərin hər biri üçün fərdi tənzimləyici və sayğac quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti