...

Bolqarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Energetika Materials 2 Noyabr 2012 19:20 (UTC +04:00)
ARDNŞ prezidenti Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Delyan Dobrevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bolqarıstan Azərbaycanla enerji sahəsində əməkdaşlıqda maraqlıdır

Azərbaycan, Bakı, 2 noyabr /Trend/

ARDNŞ prezidenti Rövnəq Abdullayev Bolqarıstanın iqtisadiyyat, energetika və turizm naziri Delyan Dobrevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Trend Dövlət Neft Şirkətinin rəsmi saytına istinadən məlumat verir ki, Abdullayev Azərbaycan və Bolqarıstan arasında dostluq münasibətlərinin yüksək səviyyədə olduğunu söyləyib, respublikamızın sürətli sosial-iqtisadi inkişaf yolunda olduğunu və bu yüksəlişdə neft-qaz sənayesinin mühüm rol oynadığını nəzərə çatdırıb.

Dobrev təmsil etdiyi hökumətin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində, enerji sektoru, xüsusilə də ARDNŞ ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

Son illər ölkəmizin neft-qaz sənayesində qazanılmış nailiyyətlər haqqında qonaqlara ətraflı məlumat verən Rövnəq Abdullayev Azərbaycanın qaz ixrac edən ölkələr sırasında özünə layiqli yer tutduğunu vurğulayıb. İxrac marşrutlarının diversifikasiyasına böyük əhəmiyyət verildiyini diqqətə çatdıran ARDNŞ prezidenti Azərbaycan təbii qazının Avropaya nəqli üçün təklif olunan layihələrin nəzərdən keçirildiyini qeyd edib. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın tutduğu mövqe, "Şahdəniz" yatağının işlənilməsi layihəsinin 2-ci mərhələsi, yeni qaz-kondensat yataqlarının açılması, habelə həyata keçirilən infrastruktur layihələri haqqında danışan Abdullayev deyib ki, Bolqarıstan ilə Azərbaycan arasında enerji sektorunda əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti