...

Azərbaycanın qaz operatoru qışa hazırdır

Energetika Materials 5 Noyabr 2012 13:21 (UTC +04:00)
Azərbaycanın qazpaylayıcı sistemi qış mövsümünə tam hazırdır.
Azərbaycanın qaz operatoru qışa hazırdır

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir E.İsmayılov/

Azərbaycanın qazpaylayıcı sistemi qış mövsümünə tam hazırdır. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi ARDNŞ-nin (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) "Azəriqaz" İstehsalat Birliyindən bildirilib.

İB-dən deyildiyi kimi, qış mövsümündə Bakının və ölkənin bütün regionlarının fasiləsiz və keyfiyyətli qazla təmin edilməsi üçün zəruri işlər görülüb. Habelə köhnə qazpaylayıcı şəbəkələrin təmiri və yenilərinin çəkilişi üzrə işlər görülüb, ölkənin qaz təsərrüfatının başqa obyektlərində işlər həyata keçirilib.

"Ölkənin bütün qazpaylayıcı sistemi, ölçmə cihazları qış mövsümünə hazırdır", - İB-dən deyilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti