Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir A.Axundov/
Almaniya bankı "Commerzbank" zərurət yaranarsa, Azərbaycan qazının Avropaya nəqli üzrə layihələrin maliyyələşdirilməsində iştirak edə bilər. Bu barədə bazar ertəsi Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Yohan Enqbrext deyib.
"İnvestisiya yatırmağa ehtiyac olarsa, Trans-Anadolu qaz kəməri (TANAP) və Azərbaycan qazının nəqli üzrə digər layihələrin maliyyələşdirilməsində iştirak etməyə hazırıq. Hələlik bu barədə söhbət getmir", - Enqbrext qeyd edib.
Onun sözlərinə görə, "Commerzbank" belə layihələrdə iştirak edir və yaxşı təcrübəyə malikdir.
"Məsələn, Baltik dənizinin dibindən keçən Rusiya və Almaniya arasında magistral qaz kəməri - "Şimal axını" layihəsinin investoru qismində çıxış etmişik", - Enqbrext deyib.