...

"Bakıelektrikşəbəkə" yarımstansiyaların birində yenidənqurma işləri aparıb

Energetika Materials 29 Noyabr 2012 17:23 (UTC +04:00)
"Bakıelektrikşəbəkə" ASC-nin Nəsimi rayonu ərazisində yerləşən 35/6 kv-luq 117 saylı yarımstansiyasında yenidənqurma işləri aparılıb.
"Bakıelektrikşəbəkə" yarımstansiyaların birində yenidənqurma işləri aparıb

Azərbaycan, Bakı, 29 noyabr /Trend, müxbir E.İsmayılov/

"Bakıelektrikşəbəkə" ASC-nin Nəsimi rayonu ərazisində yerləşən 35/6 kv-luq 117 saylı yarımstansiyasında yenidənqurma işləri aparılıb. Bu barədə cümə axşamı Trend ASC-yə istinadən məlumat verir.

Yarımstansiya 1968-ci ildə istismara verilmişdi. Paytaxtın Nəsimi rayonunu, həmçinin Səbail və Yasamal rayonlarının bir hissəsini elektrik enerjisi ilə təchiz edən yarımstansiyada avadanlıqlar köhnəlmiş və artan elektrik enerjisi təlabatını ödəmirdi. Bu məqsədlə yeni tikilən obyektlərin, infrastrukturların və əhali abonentlərinin elektrik enerjisinə olan təlabatlarını keyfiyyətli şəkildə ödəmək üçün yarımstansiyanın yenidən qurulmasına ehtiyac yaranmışdı.

Yarımstansiya müasit tipli avadanlıqlar istifadə edilməklə tam olaraq yenidən qurulub, köhnə iki ədəd 15 və 16 MVA gücündə transormatorlar əvəzinə 3 ədəd 25 MVA gücündə transformatorlar quraşdırılıb. 117 saylı yarımstansiya şəhərin arxitekturasına uyğun olaraq, tam qapalı şəkildə 5 mərtəbədən ibarət olmaqla inşa edilib. Birinci və ikinci mərtəbələr yarımstansiya, digər mərtəbələr isə işçi heyətin rahat fəaliyyət göstərməsi məqsədilə xidməti otaqlar kimi istismar olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti