...

Balakən rayonunun kəndlərinə ilk dəfə təbii qaz verilib

Energetika Materials 29 Noyabr 2012 18:20 (UTC +04:00)
Bu gün Balakən rayonunun Poçtbinə və Mazımqara kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.
Balakən rayonunun kəndlərinə ilk dəfə təbii qaz verilib

Azərbaycan, Bakı, 29 noyabr /Trend/

Bu gün Balakən rayonunun Poçtbinə və Mazımqara kəndlərinə ilk dəfə olaraq təbii qaz verilib.

Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu münasibətlə keçirilmiş tədbirdə "Azəriqaz" İB və Balakən rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyət nümayəndələri, kənd ağsaqqalları iştirak ediblər.

Bildirilib ki, 327 abonenti olan Poçtbinə və Mazımqara kəndlərinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında ümumi uzunluğu 5200 metr polad borularla və uzunluğu 21000 metr olan müxtəlif diametrli polietilen borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 327 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti